EN

ABŞ icazə vermir, yoxsa Ukrayna Rusiyanı vurardı

Pentaqon artıq bir neçə aydır ki, Ukraynanın uzun mənzilli raketlərdən istifadə edərək Rusiya ərazisinə zərbələr endirməsini bloklayır və bununla da Kiyevin Moskvanın işğalına qarşı mübarizədə güclü silahlardan istifadə imkanlarını məhdudlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” amerikalı rəsmilərin sözlərinə istinadən yazıb.

Bildirilir ki, ABŞ Müdafiə Nazirliyində hələ ictimaiyyətə açıqlanmayan yüksək səviyyəli təsdiqləmə proseduru Ukraynanın yazın sonlarından bəri Amerika istehsalı olan uzun mənzilli taktiki raket komplekslərini (ATACMS) Rusiya ərazisindəki hədəflərə qarşı işə salmasına imkan vermir.

Qeyd olunur ki, Ukrayna ən azı bir dəfə ATACMS raketlərindən Rusiya ərazisindəki hədəfə qarşı istifadə etməyə cəhd göstərib, lakin rədd cavabı alıb.

Nəşr yazır ki, Pentaqon hücumlara icazə verməkdən imtina edib, çünki Ağ Ev Moskvanı sülh danışıqlarına başlamağa inandırmağa çalışırdı.

Vacib məqam odur ki, belə zərbələrə icazə vermək yalnız şəxsən müdafiə naziri Pit Heqsetin səlahiyyətindədir. Bu, həm ATACMS raketlərinə, həm də ABŞ-dan hədəf üzrə nişan alma məlumatı alan Britaniya-Fransa istehsalı “Storm Shadow” qanadlı raketlərinə aiddir.

Chosen
11
axar.az

1Sources