EN

Kahramanmaraşda 4 bal gücündə zəlzələ baş verib

Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə 06:59-da Elbistan rayonunda qeydə alınıb.

Zəlzələnin 19,74 km dərinlikdə baş verdiyi bildirilib.

Chosen
37
25
report.az

10Sources