EN

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Rusiya hərbçilərinin Ukraynanın Dnepropetrovsk vilayətinin iki rayonunu atəşə tutması nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Serxi Lısak "Telegram" kanalında bildirib.

"Sinelnıkivşinada bu gün düşmən zərbələri nəticəsində 9 nəfər yaralanıb. Təəssüf ki, bir nəfər həlak olub. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - o yazıb.

Lısakın sözlərinə görə, ümumilikdə, hücumlar zamanı ərazidə 7 fərdi ev və bir mikroavtobus zərər görüb.

"Nikopol rayonuna da ziyan dəyib. Düşmən Nikopol, Marqanets, Pokrovsk, Çervonoqriqorivskanı vurub. Onlar pilotsuz uçuş aparatlarndan və artilleriyadan istifadə ediblər. Qaz kəməri və elektrik xətti vurulub", - deyə o yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
6
olke.az

10Sources