EN

Millimizin Portuqaliya ilə oyununun vaxtı bilindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi ilk tur oyununun başlama vaxtı müəyyənləşib.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız sentyabrın 5-də Barselosda səfər matçına çıxacaq.

Barselos şəhər stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

U-21 millimiz Portuqaliya ilə matçdan dörd gün sonra Bolqarıstan seçməsini qəbul edəcək. “Liv Bona Dea Arena”da keçiriləcək bu oyun saat 18:00-da başlayacaq.

Chosen
117
8
sportinfo.az

10Sources