İspaniya La Liqasının ikinci turunda "Levante" evdə "Barselona"nı qəbul edib.
Redaktor.az xəbər verir ki, gərgin keçən matç qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da aktivinə 3 xal yazdıran "Barselona" 6 xalla turnir cədvəlinin zirvəsində qalıb. "Levante" isə sıfır xalla 18-ci pillədə qərarlaşıb.
Turan İSMAYIL