EN

"Əli əlimdə, sevgisi üzərimdədir"

"Əli əlimdə, sevgisi üzərimdədir"Aparıcı Azər Süleymanlı Əməkdar artist Aybəniz Haşımova ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aparıcı müğənninin ad gününü bu sözlərlə təbrik edib:

"Biz onunla dilə gəlməyəcək, sözə çevrilməyəcək, ifadə edilməyəcək münasibətimizi 6 hərfə, bir kəlməyə sığdırdıq. Bu sözü xitabımızdan çıxarıb ikimiz üçün ayırdıq, onu sanki bir andımız saydıq - doğmama. İndi bütün dualarımı, arzularımın, sayğımın ifadə imkansızlığını yenə bu bir kəliməylə, amma dünya boyda sevgini özündə cəmləyən sözlə sizə ünvanlayıram - doğmama.

Elə bu şəkildəki kimi əli əlimdədir, nəzəri, sevgisi, nəvazişi, diqqəti illərdir üzərimdədir. Onun məhəbbəti də səsi, sənəti kimi nəhəngdir! Bağrına basdımı, əbədi səadətindir, sərvətindir! Varlığı başdan-ayağa eşqdir, sənətdir, zirvədir, fədakarlıqdır, qayğıdır, ustadır, ustaddır! Doğmam, nə yaxşı bu yer üzündə adınız vardır, nə yaxşı ürəyimiz, musiqi mədəniyyətimiz sizinlə naxışlanıbdır".

"Əli əlimdə, sevgisi üzərimdədir"

Chosen
2
1
sonxeber.az

2Sources