EN

Makron Tokayevlə Cənubi Qafqazı müzakirə etdi

Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

 

Senzor.az bildirir ki, bu barədə Makron "X" sosial şəbəkəsində məlumat paylaşıb.

 

“Mən indicə Qazaxıstan Prezidenti ilə danışdım. 2023-cü ilin noyabrında Qazaxıstana səfərimdən və Prezident Tokayevin ötən ilin noyabrında Fransaya dövlət səfərindən sonra biz xüsusilə nəqliyyat və enerji sahələrində strateji tərəfdaşlığımızı gücləndirməyi müzakirə etdik”, – Fransa Prezidenti bildirib.

 

Onun sözlərinə görə, telefon danışığı zamanı beynəlxalq vəziyyət də diqqət mərkəzində olub: 

“Biz Rusiyanın Ukraynadakı müharibəsi və Cənubi Qafqazda davam edən danışıqları müzakirə etdik”, – Makron qeyd edib.

Chosen
9
10
senzor.az

10Sources