EN

Gəncədə oğul atasını bıçaqlayıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

News365.az xəbər verir ki, 1965-ci il təvəllüdlü V. Hüseynov əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, V. Hüseynova xəsarəti oğlu yetirib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Chosen
111
20
news365.az

10Sources