Göygöldə yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Üçtəpə kənd sakini Ülfət Temurazovun idarəe tdiyi "VAZ-2107" markalı avtomobillə Gədəbəy rayon sakini Ələkbər Ələkbərova məxsus "Kia Rio" markalı minik avtomobili toqquşub.
Nəticədə, Ələkbər Ələkbərov və onun azyaşlı övladı Tunar Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu