"Oskar" mükafatlı britaniyalı aktrisa Keyt Vinslet, "Titanik" filmindəki məşhur səhnələrdən biri ilə bağlı illər sonra peşmanlığını dilə gətirib.
Â
Aktrisa, Ceyms Kemeronun 1997-ci ildə ekranlaşdırdığı "Titanik" filmindəki çılpaqlıq səhnəsini bu gün artıq məmnuniyyətlə xatırlamadığını bildirib. 49 yaşlı Vinslet gənc yaşlarında karyerasını sübut etmək istəyi ilə bu cür qərarlar verdiyini etiraf edib.
Â
"Kaş ki, bədənimi bu qədər göstərməsəydim", - deyə sənətçi qeyd edib və əlavə edib ki, o zaman bu qərar ona düzgün görünsə də, zaman keçdikcə bu səhnəyə münasibəti dəyişib.
Â
Aktrisa həmçinin bildirib ki, illər keçsə də, bəzi pərəstişkarlar həmin səhnənin təsviri olan fotolara imza istəməyə davam edir və bu, onu hələ də narahat edir.
Â
Qeyd edək ki, "Titanik" filmi 1997-ci il noyabrın 18-də nümayiş olunub. Ekran işində Leonardo DiKaprio "Cek Douson", Keyt Vinslet isə "Roza Dyuitt Byukeyter" obrazı ilə dünya şöhrəti qazanıblar. İkili daha sonra 2008-ci ildə "İnqilab yolu" filmində yenidən birgə kamera qarşısına keçiblər./Milli.Az