AFFA-nın baş katibi Cahangir Fərəcullayev müavinlərinin sayını artırıb.
Sportnet.az-ın məlumatına görə, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov da Fərəcullayevin müavini təyin olunub.
Məmmədov Kamran Vəliyevlə birlikdə bu statusda olacaq. Pepperoni pizza
Onlar "trio" formasında avqustun 22-də "Qarabağ"ı ziyarət ediblər. Klubun baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev qonaqlarla görüşüblər.
Çelikel AFFA rəsmilərinə xatirə hədiyyəsi olaraq komandanın formalarını təqdim edib.
Telegram kanalımız