EN

"Dünyanın heç bir yerində bizim qadınlar kimi plastik əməliyyat etdirən yoxdur"

"Efirə çağırırlar, amma getmirəm. Deyirlər Samir Cəfərov, Mübariz Tağıyev, dəyərli səslər olacaq. Gedirəm ki, tanımadığım biri əyləşib. Durub oxuyur. Adını jurnalist qoyan aparıcı isə deyir xoşunuza gəldi? Deyirəm, mən münsif deyiləm axı. Mən eşitmədim, nə ifa, nə musiqi var.

Oxuduğu musiqi adına xələl gətirən bir əşyadır".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Füruzə İbadova "Künc-bucaq" yutub layihəsində deyib.

Müğənni verilişlərə getməməsinin səbəbini açıqlayıb. O bildirib ki, bir çox sənət adamı toplaşıb, verilişlərə çağrılan bayağı mahnı ifaçılarına etiraz etməlidirlər:

"Efirdən narazıyam. Dəyərli musiqiçilərimiz, professorlarımız, Xalq artistlərimiz, xanəndələrimiz çağırış etsinlər. Mən də qatılaram. Bu, bərbad vəziyyəti aradan qaldırsınlar. Heç kimi tanımırlar. Qara Qarayevi, Cəfər Cabbarlını tanımırlar. Sənətin hambalı, qulu oldum. Dedim mən
Leylayam, sən Məcnun.


Efirdən "rakka-çıkkanı" yığışdırmaq lazımdır. Bunun bir sonu olmalıdır. Telekanallar nəzarətə götürülməlidir, onları efirə qoymamalıdırlar. Getsinlər başqa yerdə pullarını qazansınlar. Bu efiri açırsan buradadı, onu açırsan orada. Sual verirlər neçə dəfə ərə getdin, o deyir uşağının atası kimdir. Onları musiqili verilişə çağırmasınlar".

F.İbadova plastik əməliyyat etdirən ifaçıları qınayıb: "Xaricdə dostlarım var. Gələndə, deyirlər Azərbaycan qadınları gözəldir. Niyə özlərini belə ediblər? Utanıram... Burasın kəsib ora, orasını kəsib bura yapışdırırlar. Bu, suala cavab verməyə utanıram. Dünyanın heç bir yerində bizdəki kimi əməliyyat etdirənlər yoxdur. Ancaq bizdədir". (axsam.az)

Bizim.Media

Chosen
2
11
bizim.media

10Sources