Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukraynanın PUA qüvvələri tərəfindən həyata keçirilən ardıcıl hücumlar nəticəsində son bir həftə ərzində Rusiyanın dörd neftayırma zavodu (NQZ) və neft məhsulları infrastrukturuna zərər dəyib.
Ukrayna Silahlı Qüvvələrinin PUA bölməsi tərəfindən yayımlanan həftəlik hesabatda bildirilir ki, avqustun 14-dən 21-dək Rusiyanın müxtəlif bölgələrində yerləşən neftayırma zavodlarına qarşı dəqiq zərbələr endirilib.
Əsas hədəflər bunlar olub:
-14 avqust: Volqoqrad şəhərində yerləşən "Lukoyl" NQZ (keçmiş Stalinqrad). Yayılan məlumatlara görə, zavodun fəaliyyəti dayandırılıb;
-18 avqust: Tambov vilayətindəki "Drujba" stansiyası (Nikolskoye rayonu). Rusiya tərəfi zavodun 48 saat ərzində bərpa olunduğunu iddia etsə də, bu barədə təsdiqedici məlumat yoxdur;
-20 avqust: Rostov vilayətində yerləşən "Novoşaxtinsk Neft Məhsulları Zavodu". Zərbələrdən sonra başlayan yanğın 60 saatdan çox davam edib və 23 avqust tarixində də yanğının əhatə dairəsinin artdığı bildirilir;
-21 avqust: Bryansk vilayətində yerləşən "Drujba" boru kəmərinin Uneça stansiyası. Ukrayna tərəfi yanğının "intensiv" olduğunu, Rusiya tərəfinin isə obyektin 5 gün ərzində yenidən işə salınacağına söz verdiyini bildirib. Hücumlarda SBS-nin "QRAF" adlı pilotsuz uçuş aparatları bölməsi və 14-cü polk iştirak edib.
Ukrayna tərəfi bu əməliyyatları Rusiya neft sənayesinə "strateji zərbə" adlandırır və bu hücumların Rusiyanın logistik imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığını bildirir. Rusiya rəsmiləri hələlik hücumlara dair rəsmi açıqlama verməyiblər.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.