
ABŞ-ın Nyu-York ştatının şimalında turist avtobusunun iştirakı ilə ağır qəza baş verib. CNN-in məlumatına görə, hadisə I-90 magistralında qeydə alınıb. Nəticədə aralarında bir uşağın da olduğu 5 nəfər həlak olub, onlarla sərnişin yaralanıb.Avtobusda ümumilikdə 52 sərnişin olub. Niaqara şəlaləsindən qayıdan nəqliyyat vasitəsi Pembruk yaxınlığında sürücünün idarəetməni itirməsi səbəbilə aşıb və kənara çıxıb.Xilasetmə əməliyyatı üçün əraziyə iki iri avtokran və bir neçə tibbi helikopter cəlb olunub.Polis rəsmisi Ceyms O’Kallahan bildirib:“Avtobus şərq istiqamətində hərəkətdə olub, Pembruk yolayrıcına çatmamış qəfil idarəetməni itirib, bölücünü keçərək trayektoriyanı dəyişib və kənara düşüb.”Ulusum.az
Diqqət Çəkənlər
Dünyanın ən yaşlı sakini uzunömürlüyün SİRRİNİ AÇIQLADI
Uzun aradan sonra sürpriz dönüş: “Unutulmuyor” - FOTO
DİN əməliyyatı: 33 kiloqram “ağ ölüm” dövriyyədən çıxarıldı