EN

AFFA rəsmisi "Beşiktaş"ın oyununa təyinat aldı

AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, Mehdiyeva Konfrans Liqasının pley-off mərhələsinin “Beşiktaş” (Türkiyə) – “Lozanna” (İsveçrə) cütünün cavab oyununda UEFA nümayəndəsi olacaq.

Oyun avqustun 28-də İstanbuldakı “Türpaş” stadionunda keçiriləcək.

Komandalar arasında İsveçrədə keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Chosen
95
operativmedia.az

1Sources