EN

Ronaldodan daha bir rekord

Kriştiano Ronaldo daha bir rekorda imza atıb. Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı superkubokunda “Əl Əhli” ilə matçda penaltidən fərqlənib.

Bu, 40 yaşlı hücumçunun “Əl Nəsr”in heyətində vurduğu 100-cü qol olub. Beləliklə, Ronaldo dörd müxtəlif klubda və millidə 100-dən çox qol vuran ilk futbolçu olub.

Forvard “Real”da 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, Portuqaliya yığmasında isə 138 dəfə rəqib qapılarına yol tapıb.

 

Chosen
8
msport.az

1Sources