EN

"Qalatasaray" kolumbiyalının transferindən əlavə bonus əldə edə bilər

Kolumbiyalı müdafiəçi Karlos Kuestanın Moskva “Spartak”ına keçidi “Qalatasaray” klubuna əlavə gəlir qazandıra bilər.

90deqiqe.Az-ın "FutbolArena"ya istinadən məlumatına görə, Kuesta Rusiya klubunun heyətində 15 matçda meydana çıxarsa, “Qalatasaray” bu transferdən əlavə 2 milyon avro bonus əldə edəcək.

Daha əvvəl mediada yayılan xəbərlərdə bildirilmişdi ki, “Spartak” futbolçunun transferi üçün İstanbul təmsilçisinə 6,5 milyon avro sabit məbləğ ödəyəcək və bu məbləğ bir dəfəyə köçürüləcək. Bundan başqa, “Qalatasaray” gələcəkdə müdafiəçinin satışından əldə olunacaq gəlirin 10%-ni də alacaq.

Qeyd edək ki, Karloss Kuesta 2025-ci ilin fevralından “Qalatasaray”ın formasını geyinir. Bu müddət ərzində o, klubun heyətində 9 oyuna çıxıb və heç bir qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Futbolçunun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına əsasən, 24 yaşlı müdafiəçinin hazırkı bazar dəyəri 7 milyon avro olaraq göstərilir.

Chosen
57
28
90deqiqe.az

10Sources