Finlandiya Rusiya ilə münasibətləri bərpa etməyə hazırdır.
Leqal.info xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb YLE-yə müsahibəsində bildirib.
Stubb qeyd edib ki, Finlandiya ilə Rusiya arasında münasibətlər Ukraynadakı münaqişə bitdikdən sonra yenidən qurulacaq.
"Həmişə vurğuladığım kimi coğrafiyamızla bağlı heç nə edə bilmərik. Bizim Rusiya ilə tariximiz var və bizim Rusiya ilə gələcəyimiz olacaq. Lakin indi əlbəttə ki, münasibətlər çox çətindir. Əslində müharibə səbəbindən heç bir şey yoxdur. Lakin nə vaxtsa müharibə bitəndə mütləq yeni münasibətlər qurulacaq", - Stubb deyib.
Rusiya ilə Finlandiya arasında münasibətlər son bir neçə ildə xüsusilə Finlandiyanın 2023-cü ildə NATO-ya daxil olması fonunda pisləşib. Dövlətlər arasında ikitərəfli əməkdaşlıq faktiki olaraq sıfıra endirilib.
Leqal.info