EN

Azərbaycanda viski istehsalı azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 282,8 min dekalitr (1 dekalitr=10 litr) viski və brendi istehsal edilib.

Day.Az xəbər verir ki, Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, viski və brendinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 30,2% və ya 122,5 min dekalitr azalıb.

Belə ki, 2024-cü ilin ilk yeddi ayında Azərbaycanda 405,3 min dekalitr viski və brendi istehsal edilmişdi.

Bu ilin avqustun 1-nə viski və brendi istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 315,5 min dekalitr təşkil edib.

Ümumilikd., 2025-ci ilin yanvar-iyul aylarında ölkədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 10,6%, tütün məmulatlarının istehsalında isə 8,1% artım, içki istehsalında isə 1,2% azalma müşahidə olunub.

Chosen
19
1
day.az

2Sources