EN

Hindistandan XİN: ABŞ bizdən Rusiyadan neft almağı dayandırmağı istəməyib

Hindistandan XİN: ABŞ bizdən Rusiyadan neft almağı dayandırmağı istəməyib

Birləşmiş Ştatlar Hindistandan Rusiyadan neft almağı dayandırmasını heç vaxt tələb etməyib.

AFN.az xarici mediaya istindən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar "The Economic Times" Dünya Liderləri Forumunda çıxışı zamanı deyib.

“Onların mövqeyi açıqlanana qədər bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb. 2022-ci ildə dünyada neftin qiymətinin artması ilə bağlı dərin narahatlıq var idi. O zaman ABŞ administrasiyasında müxtəlif insanlarla bir sıra söhbətlər oldu ki, əgər Hindistan Rusiya neftini almaq istəsə, o zaman onunla razılaşacaqlar, çünki bu, neftin qiymətini sabitləşdirəcək. Yanvar ayından sonra isə ABŞ-ın indiki administrasiyasının nümayəndələri ilə "bunu etmə" deyən heç bir söhbət olmadı", - deyə Cayşankar bildirib.

XİN rəhbəri bildirib ki, Hindistan neft bazarlarını sabitləşdirmək üçün neft alır: "Bəli, bu, bizim milli maraqlarımıza uyğundur. Biz heç vaxt başqa cür iddia etməmişik. Ancaq bunun qlobal maraqlara uyğun olduğunu da deyirik. Vacib olan odur ki, bir ölkəyə açıq şəkildə etdiyi və digər ölkələrin bizdən daha böyük həcmdə etməyə davam etdiyi bir işə görə rüsumlar tətbiq etmək, fikrimizcə, ədalətsiz və əsassızdır".

Chosen
11
afn.az

1Sources