EN

İran müdafiə qabiliyyətinin bərpası üçün Belarusdan kömək istəyir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Belarusdan İsraillə 12 günlük müharibədən sonra müdafiə qabiliyyətini bərpa etməyə kömək etməsini xahiş edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin bəyanatında deyilir.

Avqustun 20-də Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə iranlı həmkarı Məsud Pezeşkian ilə görüşüb. Formal olaraq danışıqlar ticarət, investisiya, sənaye layihələri, elm və təhsil sahələrində əməkdaşlığa aid olub.

Bununla belə qeyd edilir ki, reallıqda Tehran üçün əsas məsələ İsraillə son müharibə zamanı ciddi zədələnmiş hava hücumundan müdafiə sistemlərinin və elektron döyüş sistemlərinin bərpasının mümkünlüyü olub.

Xarici Kəşfiyyat Xidmətinin qeyd edib ki, Belarus Rusiyadan fərqli olaraq hərbi-texniki sahədə sanksiyalarla daha az məhdudlaşdırılıb və İranın müdafiə qabiliyyətinin bərpası üçün kanala çevrilə bilər.

Bundan əlavə, xidmətin məlumatına görə, Tehran elektrik enerjisi istehsalı və kənd təsərrüfatı texnikasının kəskin çatışmazlığını həll etməkdə maraqlıdır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
bizimyol.info

1Sources