EN

Qonşu ölkədə bir ayda 200 ə yaxın məhbus edam edildi

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

İran İnsan Haqları Müdafiəçiləri Qrupunun (HRANA) aylıq hesabatına görə, son 1 ay ərzində ölkənin zindanlarında ən azı 160 məhbus edam edilib.

Metbuat.az Azad İran-a istinadən xəbər verir ki, onlardan 3 nəfərin hökmü ictimaiyyətin gözü qarşısında icra olunub.

Hesabatda bildirilir ki, bu müddətdə daha 16 nəfər barəsində yeni edam hökmü çıxarılıb, İran Ali Məhkəməsi isə 4 məhbusun ölüm hökmünü qüvvədə saxlayıb.

Qeyd olunur ki, ilin əvvəlindən bu günə qədər edam edilənlərin kimliyi bəlli olanların sayı 818 nəfərə çatıb, onlardan 21-i qadındır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
5
metbuat.az

6Sources