Quba rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
Tarix: 23 Avqust 2025, 15:32