EN

Azərbaycan öz məqsədlərinə uğurla və inamla çatan dövlətdir

Bakı.Trend:

Artıq beşinci ildir ki, Azərbaycanın milliprioritetlərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasıvə keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışınıntəmin olunmasıdır. Vətən müharibəsindən ötən dövrün mənzərəsigöstərir ki, dövlətimizin bu prioriteti dinamik şəkildə reallaşır.Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa edilir, yenidən qurulanşəhər və kəndlərimiz hər həftə qayıdış karvanlarınıqarşılayır.

Avqustun 21-də doğma sakinlərini qarşılayan yurd yerlərimizinsırasına Kəlbəcər şəhəri də qoşuldu. Həmin gün Prezident İlhamƏliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərinə köçənsakinlərlə görüşləri, onlara mənzillərin açarlarının təqdimolunması sürətlə reallaşan Böyük Qayıdışın və Azərbaycanın işğaldanazad etdiyi ərazilərdə həyata keçirdiyi quruculuğun növbətitəntənəsinə çevrildi.

Prezident İlham Əliyev həmin gün Kəlbəcər sakinləri ilə görüşdəbir sıra tarixi proseslərə nəzər salaraq həm də yaddaşlarıtəzələdi, xalqımızın hansı çətin mərhələlərdən keçdiyini,dövlətimizin torpaqlarımızın işğaldan azad olunması zamanı hansıtəzyiqlərə qətiyyətlə sinə gərdiyini diqqətə çatdırdı. Dövlətimizinbaşçısının çox düzgün olaraq qeyd etdiyi kimi Kəlbəcərin 1993-cü ilaprel ayının əvvəlində Ermənistan tərəfindən işğal edilməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur.Bununla da ermənilər Ermənistanla Qarabağ arasında daha böyükcoğrafiyada bağlantının yaradılmasına nail olublar və beləliklə,Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çoxböyük problemlərə gətirib çıxarmışdı.

Qarabağ və Şərqi Zəngəzur beynəlxalq səviyyədə Azərbaycantorpaqları kimi tanınsa da, beynəlxalq ictimaiyyət Ermənistanaərazilərimizin işğalına son qoymaq üçün heç bir təsir göstərmədi.Prezident İlham Əliyevin bildirdiyi kimi əgər Ermənistana qarşı ovaxt ciddi sanksiyalar tətbiq edilsəydi və işğalçı dövlət böyükdövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistanbizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi. Beynəlxalqpraktikada da BMT tərəfindən qəbul edilmiş sənədlərin məcburi icraolunmasına dair təcrübə mövcuddur. Lakin Ermənistana münasibətdəheç bir təzyiq və ya təsir mexanizmləri işə salınmadı. Əksinə,Minsk qrupu uzun illər ərzində münaqişənin dondurulmasına çalışdıvə bununla da Ermənistanın işğal siyasətinə dolayısı ilə dəstəkverdi. Bunu Ermənistana verilən və İkinci Qarabağ savaşındaAzərbaycan tərəfindən məhv edilən, qənimət götürülən silahlar datəsdiq edir. Prezident İlham Əliyev bu barədə danışarkən çox haqlıolaraq vurğuladı ki, bu silahlar Ermənistana Azərbaycantorpaqlarını işğal altında saxlamaq üçün verilirdi:

«Bəzi ölkələr onlara milyardlarla dollar dəyərindəpulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterrorəməliyyatı nəticəsində məhv etdiyimiz, hərbi qənimət kimigötürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahlarınqiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki,Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün busilahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davametsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-babatorpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, ErmənistanlaAzərbaycan arasında bu münaqişə sülh yolu ilə həllolunmasın».

Başda Fransa olmaqla Qərb dairələri düşünürdülər ki, Azərbaycanzamanla Qarabağda erməni dövlətinin yaradılması kimi mənfur planlarazılaşacaq. Lakin Azərbaycan dövləti və xalqı bu vəziyyətlə heçvaxt barışa bilməzdi və barışmadı da. Aparılan danışıqlarprosesində Azərbaycana qarşı təzyiqlər olsa da, respublikamız özədalətli və qətiyyətli mövqeyindən geri çəkilmədi, ərazibütövlüyümüzə zidd olan heç bir həll planını qəbul etmədi. TəməliUlu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf siyasətininPrezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsitorpaqlarımızın işğaldan azad ediləcəyi tarixi də yaxınlaşdırdı.2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azadedilməsi Azərbaycanın inkişafının, yüksəlişinin təntənəsi oldu.

Çətin relyefə, mürəkkəb coğrafi ərazi quruluşuna malik Kəlbəcərrayonunun azad edilməsi Vətən müharibəsi tarixinin şərəflisəhifələrindən biridir. 2020-ci il 10 noyabr tarixli üçtərəfliBəyanata, başqa cür desək, Ermənistanın imzaladığı kapitulyasiyaaktına əsasən Kəlbəcərin, o cümlədən Ağdam və Laçın rayonlarınınbir güllə atılmadan işğaldan azad edilməsi həm də Azərbaycanınsiyasi-diplomatik qələbəsi kimi tarixə düşdü.

Vətən müharibəsindən sonrakı dövr də Azərbaycanın şanlıtarixidir. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mənbilirəm”, deyən Prezident İlham Əliyevin qətiyyətli vəuzaqgörən siyasətinin nəticəsi olaraq Vətən müharibəsindən sonrakıdövrdə də ölkəmiz təmkinlə öz hədəflərinə doğru irəlilədi. Uğurlahəyata keçirilən “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları,Laçında Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsininyaradılması göstərirdi ki, Qarabağda erməni separatizminə sonqoyulacağı tarix də uzaqda deyil. Xəbərdarlıqlardan nəticəçıxarmayan, hərbçilərimizə və mülki vətəndaşlarımıza qarşıtəxribatlar həyata keçirən, ərazilərimizi minalayan Qarabağdakıseparatçı rejimin lokal antiterror tədbirləri nəticəsində cəmi birsutka ərzində məhv edilməsi bir daha Azərbaycan dövlətinin gücünün,Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təcəssümünəçevrildi.

Tarixdən bəlli olduğu kimi son 80 ildə müharibələrdə Azərbaycanqədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Hazırkimürəkkəb və ziddiyyətli beynəlxalq münasibətlər və beynəlxalqhüququn işləmədiyi bir şəraitdə Azərbaycan dövləti öz milli haqqınıinamla, layiqincə təmin etdi. Ölkəmiz həm də başda Fransa olmaqla,Ermənistanın işğal siyasətini müdafiə edən siyasi mərkəzlərə, dünyaerməniliyinə qalib gəldi. Prezident İlham Əliyevin Kəlbəcərşəhərinin sakinləri ilə görüşdə dediyi kimi bütün bunlar şanlıtariximiz və məqsədyönlü siyasətimizin bir hissəsidir.

Ərazilərini döyüş yolu ilə işğaldan azad edən, Qarabağda erməniseparatizminə son qoyan Azərbaycan bu gün həm də regionda sülhünbərqərar olmasını təmin edir. Avqustun 8-də Vaşinqtonda paraflanansülh sazişinin layihəsinin müəllifi də Azərbaycandır. Ermənistanınmətni ilə razı olduğu bu saziş layihəsi Azərbaycanın Vətənmüharibəsindən sonra qarşıya qoyduğu məqsədləri, regionda yaratdığıyeni reallıqları özündə ehtiva edir. Qürur və fəxrlə qeyd etməliyikki, Azərbaycanın regionda yaratdığı reallıqlar beynəlxalq birliktərəfindən tam qəbul edilir. Bütün bunlar isə respublikamızınqarşısına qoyduğu digər məqsədlərə doğru inamla irəliləməsinişərtləndirir.

Prezident İlham Əliyev Kəlbəcərdən həm də Azərbaycana təhlükəyaratmaq fikrində olanlara bir daha xəbərdardlığını edərəkdedi:

«Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, ondayenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək».

Bəli, Azərbaycanın yolu sülh və quruculuqdur, respublikamız heçkimlə müharibə aparmaq fikrində deyil. Lakin Azərbaycana təhdidyaratmaq istəyənlərin layiqli cəzası dərhal veriləcək. Bunu yaxıntariximiz də təsdiq edir. Tarix həm də onu təsdiq edir ki,Azərbaycan öz məqsədlərinə uğurla və inamla çatan dövlətdir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Chosen
35
7
az.trend.az

8Sources