EN

Milli Qəhrəmanın oğlu tələbə oldu - FOTO

Azərbaycanın Milli Qəhrəmanı, "Zəfər" ordenli, Vətən müharibəsi şəhidi Şükür Həmidovun oğlu Həmidli Nurlan Şükür oğlu tələbə adını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Nurlan Həmidli Türkiyənin Eskişehir Osmanqazi Universitetinin Biznesin təşkili və idarəolunması ixtisasına qəbul olub.

O, Qubadlı rayonu Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinin məzunudur.

Chosen
69
6
bakivaxti.az

8Sources