ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Türkiyənin iki məşhur aktyoru Mehmet Yılmaz AK və Tayanç Ayaydın barəsində ortaya çıxan cinsi qısnama iddiaları ciddi rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, Dilan Bozyel adlı fotoqraf “Çukur”, “Bahar” və “Yargı” serialları ilə tanınan Mehmet Yılmaz Akın ona qarşı cinsi zorakılıq etdiyini bildirib.
“Başıma silah tutaraq mənimlə birlikdə olmağa çalışmışdı”, – deyən fotoqrafın sözləri böyük səs-küyə səbəb olub.
Bunun ardınca gənc aktrisa Doğa Lara Akkaya eyni şəkildə özünün də başqa bir məşhur tərəfindən cinsi qısnamaya məruz qaldığını açıqlayıb. Akkaya “Tozluyaka” serialında bir komandada çalışdığı aktyor Tayanç Ayaydının ona narahatedici mesajlar göndərdiyini deyib. Aktrisa bir müddət bu məsələyə görə problem yaşadığını söyləyib.
İki iddianın ard-arda açıqlanmasından sonra məşhurlar arasında sosial şəbəkələrdə aksiya başladılıb. Bir çox akytor, aktrisa və müğənni cinsi qısnamaya məruz qalanların susmamalı olduğunu deyiblər. Həmçinin şou dünyasında bu hərəkətə yol verənlərin adlarının ifşalanmasını və onlarla münasibətlərin kəsilməsini tələb ediblər.
Qeyd edək ki, hər iki aktyor sözügedən iddiaları yalanlayıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.