EN

Özbəkistan Azərbaycan və Türkmənistandan gəmi alır?

Özbəkistan Azərbaycan və Türkmənistandakı gəmiqayırma zavodlarından gəmi almağı düşünür.

Publika.az xəbər verir ki, bunu Türkmənistan-Azərbaycan-Özbəkistan üçtərəfli sammiti çərçivəsində “Özbəkistan-24” telekanalına müsahibəsində Özbəkistanın nəqliyyat naziri İlham Mahkamov deyib.

“Azərbaycanda olduğu kimi, Türkmənistanda da gəmiqayırma zavodu var. Bu gün biz razılaşdıq ki, bu tərsanələrdən gəmilərin alınması məsələsini təhlil edəcəyik. Bütün texniki məsələləri işləmək lazımdır”, - o bildirib.

Nazir qeyd edib ki, Özbəkistan Xəzər dənizində öz bərələrinin istismarına başlamağı planlaşdırır. Bu qərar daşımaların həcminin kəskin artması və hazırda 30-40 günə tıxaclar ilə bağlıdır.

Mahkamov Özbəkistan, Azərbaycan və Türkmənistan arasında nəqliyyat, logistika və ixtisaslaşmış sənaye sahələrində birgə şirkətlərin yaradılmasını nəzərdə tutan üçtərəfli sazişin imzalandığını açıqlayıb.

Chosen
53
14
publika.az

10Sources