EN

Bu məktəbin bütün məzunları tələbə adını qazandı - FOTOLAR

İşğaldan azad olunmuş Ağdərə rayonunun Talış kənd tam orta məktəbinin məzunları növbəti uğura imza atıblar. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, 2024–2025-ci tədris ili üzrə məktəbin buraxılış sinfini bitirən bütün şagirdlər ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.

Bildirilib ki, ən yüksək nəticəni Nigar Məmmədli göstərib. O, 609 balla Bakı Dövlət Universitetinə qəbul olub.

Digər məzunlardan Lalə Alışova Memarlıq və İnşaat Universitetində, Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetində təhsillərini davam etdirəcəklər

Qeyd edək ki, Talış kənd tam orta məktəbini bu il ümumilikdə 4 nəfər bitirib və onların hər biri tələbə adını qazanmaqla məktəbin tarixində mühüm nailiyyətə imza atıblar.

Bu uğur, işğaldan azad olunmuş ərazilərdə təhsil sahəsində əldə edilən inkişafın, müəllim və şagirdlərin əzmkarlığının bariz nümunəsidir.

Chosen
23
8
cebheinfo.az

9Sources