
Avqustun 25-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə əlaqədar qaz verilişində fasilə yaranacaq.Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.Xəbərə görə, avqustun 25-də saat 10:00-dan işlər başa çatana qədər 3 500 abonentin qaz təchizatı dayandırılacaq.Qurum yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyib və ehtiyat tədbirləri görməyi tövsiyə edib.Ulusum.az
Diqqət Çəkənlər
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüş BAŞLADI
Şirniyyatı sevirsiniz? Ananas bu vərdişi zəiflədir
Astara faciəsi: motosikletçi qəza yerində həlak oldu