EN

Binəqədidə yük maşınından tikinti materialları oğurlayan şəxslər saxlanılıb

Binəqədi rayonu, Biləcəri qəsəbə sakininə məxsus yük avtomobilindən 1200 manat dəyərində tikinti materialları oğurlanıb...

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Poliqon-a verilən məlumata görə, Binqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Əliyev, 23 yaşlı Ə.Bağırov və 21 yaşlı N.Səfərəlizadə müəyyən olunaraq saxlanılıblar.

Nəsimi rayonunda isə bir nəfərin mobil telefonu və qol saatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı E.Qasımov da polis əməkdaşları tərəfindən tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir

Poliqon.info

Chosen
71
21
poliqon.info

10Sources