EN

Məşhur "Hörümçək Adam" kostyumu hərraca çıxarılacaq

Amerikalı sevilən aktyor Tobi Mequayerin "Spider-Man 2" və "Spider-Man 3" filmlərində geyindiyi ikonik kostyumu sentyabrın 4-dəhərraca çıxarılacaq.

Kulis.az xəbər verir ki, hərrac saat 13:00-da başlayacaq və ilkin təklif 50,000 ABŞ dollarından başlayır.

Rəsmi veb saytın məlumatına görə, kostyumun satış qiymətinin 100,000 - 200,000 ABŞ dolları arasında olması gözlənilir.

Qeyd edək ki, kostyum Akademiya Mükafatı qazanandizayner Ceyms Akesonun nəzarəti altında "Frontline Design" şirkəti tərəfindən hazırlanıb.

Chosen
9
kulis.az

1Sources