EN

Polis bank kartlarından oğurluq edən şəxsləri həbs edib

Paytaxt sakini olan iki nəfərin bank kartından ümumilikdə 3900 manat pul oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib. 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Chosen
14
28
operativmedia.az

10Sources