EN

Türkiyədən Zəngəzur açıqlaması: Türk dünyasını birləşdirəcək

BAKI, 23 avqust. TELEQRAF

“Zəngəzur dəhlizi bölgə ölkələri üçün həyati əhəmiyyətə malikdir, bu marşrut Orta dəhlizə dəstək olacaq”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin bir hissəsi olacaq Qars-İğdır-Aralık-Dilucu dərmir yolu xəttinin tikintisi barədə danışarkən deyib.

Uraloğlu Orta dəhlizin dəmir yolu marşrutu ilə birləşməsinin dəniz nəqliyyatına nisbətən vaxta əhəmiyyətli dərəcədə qənaət edəcəyinə diqqət çəkib:

“Nəhayət, hər cür alternativiniz olmalıdır. Biz bu dəmir yolunu tikib başa çatdırandan sonra bura qoyduğumuz sərmayə müəyyən müddət ərzində geri qayıdacaq. Biz bunu təkcə nəqliyyat kimi yox, həm də strateji investisiya kimi düşünürük”.

Uraloğlu bildirib ki, Zəngəzur dəhlizi türk dünyasını, türk cümhuriyyətlərini və Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq.

Chosen
14
teleqraf.com

1Sources