EN

Azərbaycanın şəhərlərində ATS-lərin sayı azalıb - RƏQƏMLƏR

2023-cü illə müqayisədə istifadədə olan sabit şəbəkə telefonlarının sayında ciddi azalma qeydə alınıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir.

Belə ki, mənzillərdə olan telefonların sayı 203,2 min ədəd (20,7%) azalaraq 983,0 mindən 779,8 minə enib.

Ümumilikdə sabit şəbəkə telefonlarının sayı isə 217 min ədəd (20,3%) azalaraq 1 milyon 066,6 mindən 849,6 minə düşüb.

Sektorlar üzrə müqayisə göstərir ki, fiziki ATS-lərin (Avtomat Telefon Stansiyası) sayı 31 vahid (5,1%) azalaraq 602-dən 571-ə enib.

 ATS-lərin ümumi nömrə tutumu 63 min nömrə (3,3%) artaraq 1 milyon 895,4 mindən 1 min 958,4 minə çatıb.

Bunun əksinə olaraq, NGN (Yeni Nəsil Şəbəkə) şəbəkəsinin tutumunda isə 52,6 min nömrəlik (6,4%) azalma baş verərək 823,6 mindən 771 minə düşüb.

Qeyd edək ki, bu tendensiya sosial göstəricilərdə də öz əksini tapıb. Şəhər əhalisinin hər 100 nəfərinə düşən telefon sayı 4 vahid azalaraq 20-dən 16-ya, hər 100 ev təsərrüfatına düşən telefon sayı isə 15 vahid azalaraq 76-dan 61-ə düşüb. 

Chosen
16
fed.az

1Sources