EN

Konsertində silahlı hücuma məruz qalan reper Çakal xəstəxanadan pərəstişkarlarına səsləndi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə konsert zamanı silahlı hücuma məruz qalan məşhur reper Emirhan Çakal xəstəxana otağından pərəstişkarlarına müraciət edib.

Oxu.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək sağlamlığının yaxşı olduğunu və gəzə bildiyini bildirib, onu soruşan, vəziyyəti ilə maraqlanan hər kəsə təşəkkür edib.

Reper belə bir hadisə ilə gündəmə gəldiyi üçün təəssüfünü də ifadə edib.

"Mən özümü səhnəyə həsr etmişəm. Arzum geyindiyim paltar, mindiyim avtomobil və ya mənasız xəbərlərlə yox, yalnız gördüyüm işlər və layihələrlə yadda qalmaqdır. Tək diləyim gələcək konsertlərdə yaxşı xatırlanmaq və pərəstişkarlarımla görüşməkdir", - deyə reper bildirib.

Xatırladaq ki, Tekirdağın Hayrabolu rayonunda keçirilən Ayçiçəyi Festivalında çıxış edən Çakal konsertdən sonra pnevmatik tüfəngdən açılan atəşlə ayağından yaralanıb. Dərhal xəstəxanaya aparılan sənətçi ilkin yardım aldıqdan sonra İstanbuldakı özəl klinikaya köçürülüb.

Hüquq-mühafizə orqanları hücumu törədən şəxsin festival yaxınlığında yaşayan F.D. olduğunu müəyyən edib. Şübhəli saxlanılaraq "qəsdən xəsarət yetirmə" ittihamı ilə həbs olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
oxu.az

1Sources