EN

Jurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu

Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyinat alıb.

Məlumata görə, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri təyin olunub.

Günel Gözəlova daha əvvəllər Azərbaycan Dövlət Televiziyasının “Səhər-İnformasiya deparamenti”ndə aparıcı-redaktor, “Lider TV və Azərbaycan Radiosu” MMC-də reportyor, aparıcı, “Gənclər” redaksiyasının Baş redaktoru, “Lider xəbər” Departamentinin rəis müavini , Ana xəbərin aparıcısı- müdiri, Azərbaycan Memarlıq və İnşaat Universitetində mətbuat katibi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, ardınca isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri kimi fəaliyyətini davam etdirib.

Sonralar o, Beynəlxalq Avrasiya Mətbuat Fondunda media və təhsil sahəsi üzrə vitse-prezident, MTV Azərbaycan televiziya kanalının baş redaktoru vəzifələrdində işləyib.

G.Gözəlovanın sonuncu iş yeri Baku TV olub.

Chosen
24
23
mia.az

10Sources