EN

Füzulidə yanğın törədən şəxs saxlanılıb

Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən 33 yaşlı Zaman Məhəmmədli saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb.

Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Chosen
33
31
7news.az

10Sources