EN

Azərbaycan Mayank Sinqhi Hindistana ekstradisiya edib

Azərbaycan axtarışda olan hindistanlı kriminal avtoritetlərdən biri olan Mayank Sinqhi Hindistana ekstradiya edib.

KONKRET.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Qeyd edilib ki, ötən il Bakıda həbs olunan Sinqhi Hindistanın Antiterror bölməsinin əməkdaşları Hindistanın Carkhand ştatının paytaxtı Rançiyə çatdırıb.

Hindistanın Carkhand ştatında ən çox axtarılan şəxs ölkədən qaçmazdan əvvəl Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törətməkdə ittiham olunur.

İttihama görə, ölkədən qaçdıqdan sonra da Mayank Sinqh biznesmenləri internet zəngləri ilə hədələyərək onlardan pul tələb edib. Onun sosial mediada çox aktiv olduğu və “Facebook” vasitəsilə özünün odlu silahla şəkillərini paylaşdığı bildirilir.

Chosen
40
11
konkret.az

10Sources