EN

Kriminal avtoritet Hindistana ekstradisiya olundu

Azərbaycan axtarışda olan hindistanlı kriminal avtoritet Mayank Sinqhi Hindistana ekstradiya edib.

Yenisabah.az hindustan times-a istinadla xəbər verir ki, ötən il Bakıda həbs olunan Sinqhi Hindistanın Antiterror bölməsinin əməkdaşları Hindistanın Carkhand ştatının paytaxtı Rançiyə çatdırıb.

Hindistanın Carkhand ştatında ən çox axtarılan şəxs ölkədən qaçmazdan əvvəl Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törətməkdə ittiham olunur. Sezar pizza

İttihama görə, ölkədən qaçdıqdan sonra da Mayank Sinqh biznesmenləri internet zəngləri ilə hədələyərək onlardan pul tələb edib. Onun sosial mediada çox aktiv olduğu və "Facebook" vasitəsilə özünün odlu silahla şəkillərini paylaşdığı bildirilir.


Telegram kanalımız
Chosen
42
11
yenisabah.az

10Sources