Avqustun 22-də Amerika Birləşmiş Ştatlarının Federal Rezerv Sisteminin rəhbəri Cerom Pauelin çıxışından sonra dünyanın maliyyə və kriptobirjalarında dəyişikliklər baş verib.
FED.az xəbər verir ki, FED rəhbərinin çıxışı ilə kriptovalyutalarda artım başlayıb. Qısa müddətdə, yarım saat ərzində Ethereum 6%, bitkoin isə 2% bahalaşıb.
Belə ki, bitkoinin qiyməti 20 dəqiqə ərzində 115 min dollara qayıdıb. Ethereum-un qiymətində isə 6% artım baş verərək qiymətlər 4,6 min dollar yüksəlib, bu da həftəlik rekorddur.
Ümumilikdə son 24 saat ərzində bitkoinin qiyməti 2,5% artaraq hazırda 115,8 min dollara yüksəlib. Ethereum qiyməti isə 10,5%-dən çox artaraq 4,8 min dollara yaxınlaşıb.
Ümumilikdə bu çıxışdan sonra kriptovalyuta bazarının ümumi kapitalizasiyası 3% artaraq 3,92 trilyon dollara yüksəlib.
Qeyd edək ki, ənənəvi olaraq FED rəhbərinin çıxışını dünyanın hər yerindən çoxsaylı investiorlar və treyderlər izləyir. Onun çıxışında ABŞ-ın gələcək monetar siyasəti, o cümlədən faiz dərəcəsinin gələcək taleyi ilə bağlı hər hansı siqnallar axtarırlar.