“Qazprom” Rusiya qazının Ermənistana tədarükünü bərpa edib.
“Unikal” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.
Şirkətdən bildirilib ki, qazın verilişi bu gün səhər saat 06:00-dan bərpa edilib.
Daha əvvəl tədarükün müvəqqəti dayandırılmasının Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olduğu bildirilmişdi