EN

İsveçrədə KOBİA-nın təşəbbüsü ilə Bakı İqlim Koalisiyasının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)nümayəndələri İsveçrənin Cenevrə şəhərində səfərdə olub. AzərbaycanRespublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin vəAzərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi vədigər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin dəstəyiilə təşkil olunmuş səfər zamanı KOBİA tərəfindən İsveçrə-AzərbaycanTicarət və Sənaye Palatası (SACCI) və İsveçrə-Şərqi Avropa, MərkəziAsiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) üçün “KOB-larınyaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yədair təqdimatlar keçirilib.

Təqdimatlar zamanı KOBİA-nın İdarə Heyətinin sədri OrxanMəmmədov 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsindəAgentliyin irəli sürdüyü və qlobal müstəvidə KOB-ların yaşılhərəkatının yaradılması məqsədini daşıyan bəyannaməyə dair məlumatverib. “KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası üzrəBirgə Bəyannamə”nin məqsəd və hədəflərinə dair KOBİA-nıntəqdimatında isə qeyd edilib ki, bəyannaməyə qoşulan ölkələrdəKOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədəqarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün bir sıratədbirlər nəzərdə tutulur. Artıq sözügedən bəyannaməyə 20-dən çoxbeynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.Həmçinin, təqdimatlar zamanı Bakı İqlim Koalisiyası çərçivəsindəgörülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.

SACCI, JCC və İsveçrə Alternativ Maliyyələşmə Səhmdar Cəmiyyəti(SAFAG) Bakı İqlim Koalisiyasını dəstəklədiklərini bildirib,bəyannaməyə qoşulmalarına dair anlaşma memorandumlarınıimzalayıblar. Sənədlərdə KOB-ların yaşıl keçidinə dəstək və buistiqamətdə tədbirlərin təşkili, iqtisadi əməkdaşlıq, ticarət,investisiya imkanları və yaşıl təşəbbüslərə dair məlumatmübadiləsi, əməkdaşlığın təşviqi kimi məsələlər nəzərdətutulur.

KOBİA heyəti səfər zamanı BMT-nin Avropa üzrə İqtisadiKomissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyas,Beynəlxalq Ticarət Mərkəzinin (ITC) icraçı direktorunun müaviniDoroti Tembo və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının(UNCTAD) Sahibkarlıq şöbəsinin müdiri Arlet Verploeq ilə görüşlərkeçirib. Görüşlərdə iş adamlarının iştirakı ilə iqtisadi-ticarətəlaqələrinin inkişafına, işgüzar dairələr arasında əməkdaşlığıngenişləndirilməsinə, KOB-ların inkişafına və yaşıl keçidinə dairfikir mübadiləsi aparılıb.

İsveçrədə
İsveçrədə
İsveçrədə
İsveçrədə
İsveçrədə
İsveçrədə
Məqalədə:
Chosen
21
7
az.trend.az

8Sources