EN

ABŞ-də güclü partlayış olub | VİDEO

AzVision.az xəbər verir ki, “NBC” telekanalının yaydığı məlumata görə, partlayışdan sonra Şerif ofisininəməkdaşları hadisə yerində işləyir. Yanğın sürətlə onlarla saxlama çənlərinə keçib.

Dairənin hakimiyyət orqanları bir millik radiusda (1,6 km-dən çox - red.) sakinlərin təxliyəsi barədə göstəriş verib. Xilasedicilər zavodda nəqliyyatın hərəkətini bağlayıblar. Yerli rəsmilərin məlumatına görə, hadisə nəticəsində ölən olmayıb.



Ətraf Mühitin Keyfiyyəti Departamenti (DEQ) və Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) vəziyyəti izləyir və qiymətləndirir. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bu arada sakinlər yağlı yağış, havada his qoxusunun və küçələrdə qətran çöküntülərinin olduğunu bildirirlər.



Sahil İsgəndərov
AzVision.az
Chosen
9
azvision.az

1Sources