EN

ABŞ “Intel”in 11 milyard dollarlıq səhmlərini pulsuz əldə edib

“ABŞ hazırda “Intel” texnologiya korporasiyasında 10 faizlik paya sahibdir”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da məlumat verib.

Tramp qeyd edib ki, o, “Intel” şirkətinin baş direktoru Lip-Bu Tan ilə danışıqlar aparıb.

“Birləşmiş Ştatların indi daha da parlaq gələcəyi olan böyük Amerika şirkəti “Intel”in səhmlərinin 10%-nə tam sahiblik etməsini elan etmək mənim üçün böyük şərəfdir. Hazırda dəyəri təxminən 11 milyard dollar olan səhmlər üçün ABŞ heç bir ödəniş etməyib. Bu, Amerika üçün, Intel üçün isə böyük bir işdir. “Intel”in həyata keçirdiyi qabaqcıl yarımkeçiricilərin və çiplərin istehsalı ölkəmizin gələcəyində əsas rol oynayır”.

MənbəREPORT
Chosen
5
1
banker.az

2Sources