
Sosial şəbəkələrdə Temu onlayn alış-veriş platformasının adından yayılan saxta reklam elanları barədə xəbərdarlıq edilib. Məlumatı Elektron Təhlükəsizlik Xidməti yayıb.Məlumata görə, dələduzlar guya iş təklifi adı altında insanları şübhəli linklərə yönləndirirlər. Bu keçidlərdə qeydiyyat tələb olunur, daha sonra isə istifadəçilərə “sadə tapşırıqlar” müqabilində yüksək gəlir vəd edilir. Lakin əslində vətəndaşlardan müəyyən ödənişlər tələb olunur və bu yolla aldanmalar baş verir.Xidmət vətəndaşları bu cür hallarda ehtiyatlı olmağa, şəxsi məlumatlarını qorumağa və yalnız rəsmi mənbələrdən məlumat yoxlamağa çağırıb.Ulusum.az
Diqqət Çəkənlər
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində
Pomidor acikası – hər qarnirin kraliçası
Azərbaycan Prezidenti Türkmənistanda işgüzar səfərdədir