EN

Tramp Epşteyn işinin fayllarının Konqresə təhvil verməsini dəstəkləyib

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp uşaqlara təcavüz və bu qəbildən olan digər ağır cinayətlərdə təqsirli bilinən maliyyəçi Cefri Epşteynin işi ilə bağlı materialların ABŞ Ədliyyə Nazirliyi tərəfindən Konqresə təqdim edilməsini dəstəkləyib.

“Report” xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri Ağ Evdə jurnalistlərə açıqlama verib.

Ədliyyə Nazirliyinin sənədləri Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinə təhvil verməyə başlaması ilə bağlı sualı cavablandıran Tramp deyib: “Günahsız insanlar incidilməməlidir, lakin mən bu məsələdə tam şəffaflığın tərəfdarıyam. Məni qətiyyən maraqlandırmır. Bu barədə heç nə bilmirəm. Amma mən baş prokuror Pam Bondiyə və hər kəsə dedim ki, qanunvericilərə verə biləcəkləri hər şeyi versinlər. Bu materiallarda buna layiq olmayan bir çox insan qeyd oluna bilər”.

Tramp həmçinin Epşteyn işi ilə bağlı bəzi detalların demokratlar tərəfindən siyasi məqsədlər üçün uydurulduğuna əminliyini ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
3
azpolitika.info

7Sources