EN

Laricani 12 günlük savaşdan danışdı: Hələ bitməyib!

12 günlük müharibədə qarşı tərəf (İsrail-ABŞ) iranlıların təslim olmayacağını anladı.

Axar.az xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani deyib.

“Mənim məsləhətim odur ki, İran heç vaxt diplomatiyadan əl çəkməsin, çünki diplomatiyanın özü bir vasitədir. Danışıqlar o zaman nəticə verir ki, qarşı tərəf müharibənin yaxşı bir şey olmadığını başa düşüb, məsələləri danışıqlar yolu ilə həll etmək istəyir. Lakin onlar danışıqlardan başqa addımlar atmaq üçün istifadə etmək istəyirlərsə, bu, düzgün addım deyil”.

Laricani İran və İsrail arasında növbəti müharibənin olub-olmayacağı sualına cavab verərkən bildirib ki, bu sualın cavabı qismən İran, qismən də İsraildən asılıdır, müharibə hələ bitməyib, hər addıma hər hazır olmaq lazımdır.

Chosen
12
1
axar.az

2Sources