EN

Tramp DÇ nin qrup mərhələsinin püşkatma tarixini açıqladı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasiminin dekabrın 5-də Vaşinqtondakı Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzində keçiriləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə FİFA prezidenti Canni İnfantino ilə görüşü zamanı bildirib.

“Bu il dekabrın 5-də 2026-cı il dünya çempionatının püşkatma mərasimi məhz burada, Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək”, - Tramp qeyd edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
3
qafqazinfo.az

4Sources