EN

Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI

Ötən gün ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumatda bildirilir ki, ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Redaktor.az xəbər verir ki, bu il də tələbə adı qazananlar arasında jurnalist övladları da var. Tələbə adı qazanmış jurnalist övladları ilə bağlı məlumatları təqdim edirik:

Qafqazinfo.az saytının əməkdaşı Gülşən Raufqızının övladı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. O, sosial şəbəkə hesabında sevincini belə bölüşüb:

"BDU, gözlə gəlirik. Tələbə anasıyam. Jurnalistikadan qaçmaq istədikcə, daha çox jurnalistimiz olur. Şükür, Allahıma".

***

Matç.az idman portalının baş redaktoru İxtiyar Əsgərovun qızı da tələbə adını qazanıb.

***

"Azərbaycan" qəzetinin əməkdaşı Rəşad Baxşəliyevin oğlu Nihat da universitetə qəbul olub.

"Tələbə adın mübarək oğlum!", - deyə jurnalist oğlu ilə fotosunu paylaşıb.

***

"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlinin qızı Gültək də ali məktəbə daxil olub.

"Həkim atasıyam! Qızım, Gültəkim Azərbaycan Tibb Universiteti, tibb fakültəsinə (dövlət sifarişi) qəbul oldu!" - deyə jurnalist yazıb.

***

Jurnalist Samir Mustafayevin qızı Yeganə Mustafazadə də tələbə adını qazananlardandır.

"Bu balaca qız bizi sevindirdi. UNEC, İqtisadiyyat fakültəsi, dövlət sifarişi əsasında. Övladı tələbə adını qazanan hər kəsi təbrik edirəm!" - həmkarımız qeyd edib.

***

Jurnalist Neyman Səfərəliyevin oğlu isə Bakı Dövlət Universitetinin Yer quruluşu və kadastr ixtisasına qəbul olub.

***

Jurnalist Rəşad Sarıyevin oğlu Rəsul da UNEC-ə daxil olub.

"Rəsulumuz da universitetə qəbul oldu. Çox şükür! İqtisad Universiteti, Biznesin idarə olunması ixtisası. Özü də pulsuza. Halal olsun, oğlum!"

***

Jurnalist Tağı Türkün qızı Selcan Kərimli də atasını sevindirib.

"Gənc yazıçı, "Arzu" hekayələr kitabının müəllifi, qızım Selcan Kərimli ADA Universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsinə daxil oldu. Şükür", - deyə jurnalist qeyd edib.

 

***

Jurnalist Rəşad Vaqifoğlunun oğlu da ali məktəbə daxil olub.

"Oğuzu və tələbə adını qazanan bütün gəncləri təbrik edirəm!" - o sosial şəbəkədə yazıb.

***

Cebhe.info saytının redaktoru Elnarə Kərimovanın oğlu da tələbə adını qazanıb.

"3 il hər gün səhər saat 6-da durmaq hər oğulun işi deyildi. Özü istədiyi oldu, üstəlik də dövlət sifarişi ilə. Uğurlar, Qaracam! Tələbə adın xeyirli olsun!", - deyə həmkarımız yazıb.

***

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Sarvan Bəhluloğlunun oğlu İlham da tələbə adını qazanıb.

İbrahimov İlham Sarvan oğlu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə (tədris ingilis dilində) əyani, dövlət sifarişi əsasında təhsil alacaq. O bu ixtisasa 609.1 balla daxil olub.

***

Jurnalist İradə Cəlil də oğlunun ali məktəbə daxil olduğunu yazaraq sevincini dostları ilə bölüşüb.

***

Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlının oğlu Özgür isə ADNSU-nun Mexatronika və robototexnika mühəndisliyi ixtisasında (əyani, dövlət sifarişi) təhsil alacaq.

***

Jurnalist Vüqar Məmmədovun qızı Aydan da tələbə adını qazanıb.

"Babasının dərs dediyi, atasının oxuduğu Slavyan Universitetində indi də Aydan ali təhsil alacaq. Psixologiya ixtisası üzrə. Uğurlar gözəl qızım!", - deyə atası feysbukda yazıb.

Turan İSMAYIL

Chosen
15
2
redaktor.az

6Sources