EN

Portuqaliyalı müdafiəçini 29,5 milyon avroya satdılar

“Çelsi” portuqaliyalı müdafiəçisi Renato Veyqanın La Liqa təmsilçisinə keçidini rəsmiləşdirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, müqaviləyə əsasən, 22 yaşlı futbolçu “Vilyarreal”ın heyətində 2032-ci ilin iyununa qədər çıxış edəcək.

İspaniya klubu bu transfer üçün londonlulara bonuslarla birlikdə 29,5 milyon avro ödəyəcək. Razılaşmaya futbolçunun gələcək satışından böyük faiz də daxildir.

Veyqa 2024-cü ilin yayında “Bazel”dən “Çelsi”yə transfer olunmuşdu və ilk yarım mövsümdə 18 matça çıxmışdı. O, mövsümün ikinci hissəsini isə icarə əsasında “Yuventus”da keçirib.

Chosen
62
2
sportinfo.az

3Sources